“geceler.az” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, hadisə Vindzor qəsrində Makron və həyat yoldaşı Bricitin Birləşmiş Krallığa səfəri münasibətilə təşkil olunan rəsmi ziyafət zamanı baş verib.
Belə ki, kadrlarda Makronun masada Keytin yanında əyləşdiyi, onunla söhbət edib daha sonra göz vurması əks olunub.
Fransa liderinin davranışı mənfi reaksiyalara səbəb olub və ictimaiyyət tərəfindən qəbuledilməz hesab olunub.
Sosial media istifadəçiləri də Makrona qarşı sərt ifadələr işlədiblər: “Nə iyrənc mənzərədir! Yazıq Keyt”, “Bu adam çox hiyləgər təsiri bağışlayır”, “Makron nə iyrənc insandır!”.