Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ohanyan haqda başqa yerə getməmək qətimkan tədbiri seçildi
 
						Ohanyan haqda başqa yerə getməmək qətimkan tədbiri seçildi
Əlavə olunub: 07.08.2025 | 19:48 | Baxılıb: 911
Ermənistan sabiq müdafiə naziri Seyran Ohanyan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

“geceler.az” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

S. Ohanyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb: vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatlar təqdim etmək.

Qeyd edək ki, ötən gün Ermənistan parlamenti Ohanyanı deputat toxunulmazlığından məhrum edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.