Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.28.2025 | 15:32 | Baxılıb: 4660
Xəbər verdiyimiz kimi, “Uzak şehir”in ulduzu Ozan Akbaba “Bak postacı geliyor” adlı layihədə rol alacaq.

“geceler.az"in məlumatına görə, o, instaqram hesabında filmlə bağlı paylaşım edib.

Aktyor paylaşımının şərh bölməsinə türkiyəli şair Nazım Hikmetin “Tahir ile Zühre meselesi” şeirindən kiçik bir hissəni də yazıb.

“Yəni sən almanı sevirsən deyə

Almanın da səni sevməsi vacibdirmi?

Yəni Tahiri Zöhrə artıq sevməsəydi,

Yaxud heç vaxt sevməsəydi,

Tahir nə itirərdi Tahirliyindən?

Tahir olmaq da ayıb deyil, Zöhrə olmaq da,

Hətta sevda uğrunda ölmək də ayıb deyil!”, - paylaşımda deyilir.

Qeyd edək ki, O. Akbaba layihədə “Postacı Osman”ı canlandırır. Sənətçinin tərəf müqabili isə “Gülizar”ı canlandıracaq Deniz Barutdur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.