Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.30.2025 | 04:45 | Baxılıb: 4042
Özbəkistanın Səmərqənd vilayətində 35 yaşlı müğənni Zeboyi Jahon əri tərəfindən öldürülüb.

“geceler.az” bu barədə “lenta.ru”ya istinadən xəbər verir.

Məlumata görə, faciə iyulun 26-da Taylak rayonunda müğənninin əri uşaqları görməyə gələn zaman baş verib. 

Tərəflər arasında mübahisə yaranıb, nəticədə qadın əri tərəfindən boğulub.

Qeyd olunub ki, Zeboyi 3 uşaq anası olub. Hadisəni törədən şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.