Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Pəhriz üçün 130 dollar ödədim, menyunu “ChatGPT” yazıbmış” - Yenilənib
 
						“Pəhriz üçün 130 dollar ödədim, menyunu “ChatGPT” yazıbmış” 
							 - Yenilənib
Əlavə olunub: 07.09.2025 | 12:42 | Baxılıb: 8525
“Pəhriz proqramı üçün ödəniş etdim, daha sonra öyrəndim ki, menyunu özü yox, “ChatGPT” yazıbmış”.

“geceler.az” xəbər verir ki, bunu əvvəllər aparıcılıqla məşğul olan və hazırda ABŞ-də yaşayan Günel Musəvi (Günel Krişnan) instaqram hesabında bildirib.

O, universitet yoldaşının dələduzluğuna məruz qaldığını bildirib: “Adətən antireklam etmirəm, amma istəmirəm ki, kimsə mənim kimi aldansın. Kamranla universitetdən tanış idik, mən arıqlamaq istəyirdim, o, isə biznes qurmaq. Düşündüm ki, bir-birimizi dəstəkləyərik. Dedi ki, həkim və dietoloqlardan ibarət komanda ilə işləyir, hər şey fərdi şəkildə hazırlanır”.

G. Musəvi pəhriz planı üçün 130 dollar (221 AZN) ödəniş etdiyini bildirib: “Pulumu göndərib, analizlərimi paylaşdım. Amma nəticədə “ChatGPT”dən alınmış qrafik və pəhriz planı verildi. Bütün “komanda” sadəcə süni intellekt imiş. Uzun zamandır belə aldanmamışdım. Dərsimi aldım, siz də aldanmayın”.

***

Kamran Rəsulzadə ittihamlara münasibət bildirib. “geceler.az”ya açıqlama verən şəxsin sözlərinə görə, onun real komandası var: “Analizləri yoxlayan həkim mövcuddur. Proqramların hazırlanması, qidalanma sxemlərinin tərtibi və bütün dəyişikliklər şəxsən mənim tərəfimdən həyata keçirilir.

Hər bir müştəri mənim üçün cədvəldəki rəqəm deyil, konkret problemləri, məqsədləri və arzuları olan insandır. Mən hər kəsin vəziyyətinə dərindən yanaşıram, təkcə proqram deyil, həm də mənəvi dəstək verirəm, problemlərinin həllinə kömək edirəm”.

O, iş prosesində süni intellektdən istifadə etdiyini təsdiqləyib: “AI böyük həcmdə məlumatların sistemləşdirilməsinə, vaxt və qüvvəyə qənaət etməyimə imkan verir və nəticədə mən rutin işlərə deyil, insanlara real kömək etməyə daha çox zaman ayırıram. Bu “fırıldaqçılıq” deyil, tərəqqidir. Necə ki, həkim müasir cihazlardan, sürücü naviqatordan istifadə edirsə, məşqçi də öz işinin effektivliyini artırmaq üçün texnologiyalardan istifadə edir.

Günel xanımın bəyanatına gəlincə isə, o, mənimlə həqiqətən bir gün belə çalışmayıb. Onun ittihamları əsassızdır, şəxsi təxəyyülün məhsuludur və reallığı əks etdirmir. Bu onun şəxsi fikridir, lakin həqiqət deyil”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.