“geceler.az” xəbər verir ki, yeniliyə əsasən, Azərbaycanda bələdiyyələrin vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur.
Bu sistem dövlət informasiya sistemidir. Bu sistemdən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyələşdirir.
Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş məbləğdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.
Qanunda vurğulanıb ki, 2027-ci il yanvarın 1-nə qədər bələdiyyələr vergi ödəyicilərinə verginin ödənilməsi barədə tədiyə bildirişini elektron və kağız formada təqdim edəcək.