Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.19.2025 | 22:22 | Baxılıb: 1866
Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə Ukrayna lideri Volodimir Zelenski ilə təkbətək görüş keçirəcəyini vəd edib.

“geceler.az” xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.

Belə ki, müxbirin “Putin yaxın həftələrdə Zelenski ilə birbaşa görüş keçirəcəyinə söz veribmi?” sualına Levitt “Bəli” cavabını verib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Putin və Zelenski arasında görüş üçün hazırlıqlara başladığını açıqlamışdı. O bu danışıqların Ukrayna münaqişəsinə son qoyacağına ümid etdiyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.