“geceler.az"in xəbərinə görə, hadisə Xocalı rayonundan olan məcburi köçkünlər üçün tikilən binalardan birində qeydə alınıb.
İlkin məlumata əsasən, Aynur Cəfərova tibb bacısı olan qonşuya iynə vurdurub. Bir qədər sonra qadının halı pisləşib, xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qadının iynədən şoka düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:30 radələrində Goranboy rayon sakini 1979-cu il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyətinin pisləşməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
Yunis Quliyev