Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.27.2025 | 21:10 | Baxılıb: 4469
Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

“geceler.az” xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan “Ferentsvaroş”unu Bakıda qəbul edəcək. 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Oyunu FİFA referisi Kleman Tyurpen idarə edəcək.

Bu komandalar arasında ilk matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanmışdı.

“Qarabağ” “Ferentsvaroş”u 2 oyunun cəmində də məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. 

Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.

27 avqust

UEFA Çempionlar Liqası

Pley-off

Saat 20:45, “Qarabağ” - “Ferentsvaroş”

***

Komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

“Ferensvaroş”: 90. Dibuş (k), 5. Keyta, 10. Levi, 19. B. Varqa, 23. Ötvös, 25. Makrekis, 27. Sisse, 28. Raemaekers, 36. Kaniçovsky, 47. O'Dovda, 75. Cosef

Ehtiyat oyunçular: 99. Qrof, 3. Qartenmann, 7. Arzani, 8. Peşiç, 16. Zakariassen, 21. Botka, 22. G. Szalai, 30. Qruber, 33. Kadu, 64. A. Tof, 72. Madaraş, 77. Nagi

***

Matç başladı.

***

Qonaqlar 14-cü dəqiqədə Josepin vurduğu qolla hesabı açır.

***

25-ci dəqiqədə "Qarabağ" hesabı bərabərləşdirir. Leandro Andrade adını tabloya yazdırır - 1:1.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.