Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qarabağ” və “Tvente”dən hərəyə bir qələbə - Fotolar - Yenilənib
 
						“Qarabağ” və “Tvente”dən hərəyə bir qələbə 
							 - Fotolar - Yenilənib
Əlavə olunub: 07.11.2025 | 21:16 | Baxılıb: 4344
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha iki yoxlama oyunu keçirəcək.

“geceler.az” xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək.

İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) klubuna uduzub - 4:5. “Qarabağ” Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.

İyulun 15-də toplanışın son matçında isə “Qarabağ”ın rəqibi “Zalsburq” (Avstriya) olacaq.  

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.

***

Ağdam təmsilçisi ilə “Tvente”nin ilk görüşü “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində qolları Abdullah Zubir (dubl) və Leandro Andrade vurub.

İkinci matç isə 19:15-də başlayacaq.

***

İkinci qarşılaşma Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Köhlən atlar”ın heyətində ilk qolu Abbas Hüseynov vurub. 

Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) klubuna uduzub - 4:5. “Qarabağ” Bakıdakı yoxlama matçında isə “Zirə”yə 4:0 hesabı ilə qalib gəlib.

İyulun 15-də toplanışın son matçında isə “Qarabağ”ın rəqibi “Zalsburq” (Avstriya) olacaq.  

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.











Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.