Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qarabağ” Türkiyə mediasının gündəmində - Video
 
						“Qarabağ” Türkiyə mediasının gündəmində 
							 - Video
Əlavə olunub: 08.25.2025 | 13:36 | Baxılıb: 1981
“Qarabağ” dedikdə həyəcanlanırıq. Çünki öz ölkəmizin bir komandası kimi görürük. Mükəmməldirlər”.

“geceler.az” xəbər verir ki, bunu “TRT Spor”da aparıcılar Erman Gönülşen və Tayfun Bayındır Qurban Qurbanovun komandası haqqında danışarkən deyiblər. 

Onlar “Qarabağ”ın nümunəvi komanda olduğunu bildiriblər: “Qarabağ” çox vacib üstünlük əldə etdi. Bakıdakı cavab oyununda bu fürsəti qaçırmayacaqlarını düşünürəm. Azərbaycan Premyer Liqasının yüksək səviyyədə olduğunu deyə bilmərik. Amma “Qarabağ” 2 il əvvəl Avropa Liqasında 1/8 finala çıxdı, son anda “Bayer”ə uduzdu. O “Bayer” ki, həmin vaxt əla durumda idi. “Qarabağ” ibrət olmalıdır, baxın, görün, nə qədər legionerləri var, nə qədər pul xərcləyiblər, klubun akademiyası necədir, necə qurulub?! O qədər böyük fərqlər var ki...

Bu, “Qarabağ”ın prezidenti Tahir Gözelin illərlə sərf etdiyi əməyin nəticəsidir. Onların futbol fəlsəfəsi öz işini görüb. Məncə, həddini bilmək belə bir şeydir. “Qarabağ” böyük ehtimalla, bu il Çempionlar Liqasının Liqa mərhələsində oynayacaq”.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Ferentsvaroş” üzərində (3:1) qələbə qazanıb. Növbəti oyun isə avqustun 27-si, yerli vaxtla saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.