Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.17.2025 | 21:00 | Baxılıb: 2957
Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli “Aerostar R40F UP-LA229” təyyarəsi qəzaya uğrayıb.

“geceler.az” xəbər verir ki, bu barədə respublikanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Astanadan 55 kilometr aralıda baş verib. Sərt eniş nəticəsində qəza baş verib, bir pilot və bir sərnişin ölüb. 

Təyyarənin qəzaya uğramasından sonra yanğının olmadığı qeyd edilir.

Qəzaya uğramış təyyarə fərdi şəxsə məxsus olub və təlim uçuşu həyata keçirirmiş.

Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.