Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qəbələdə 2 maşın toqquşdu - Ölən və xəsarət alanlar var
 
						Qəbələdə 2 maşın toqquşdu 
							 - Ölən və xəsarət alanlar var
Əlavə olunub: 08.25.2025 | 16:20 | Baxılıb: 1458
Bu gün saat 14 radələrində Qəbələ şəhəri ərazisində “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub.

“geceler.az” xəbər verir ki, qəza nəticəsində “VAZ”ın 51 yaşlı sürücüsü İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmçinin digər nəqliyyat vasitəsinin 31 yaşlı sürücüsü Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.