Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.24.2025 | 22:59 | Baxılıb: 8956
Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

“geceler.az” xəbər verir ki, bu barədə müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Sərəncamda deyilir:

“Mixail Solomonoviç Qusman “Rusiyanın İnformasiya Teleqraf Agentliyi (İTAR-TASS)” Federal Dövlət Unitar Müəssisəsinin baş direktorunun birinci müavini vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib. 2000-ci ildən “Güc formulu” teleserialının müəllifi və aparıcısıdır.

O, həmçinin, Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir (2018).

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.