Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Quyudan su götürmək istəyərkən öldü
 
						Quyudan su götürmək istəyərkən öldü
Əlavə olunub: 07.10.2025 | 10:04 | Baxılıb: 2037
Hacıqabulda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“geceler.az” xəbər verir ki, dünən saat 00:15 radələrində rayonun İkinci Udulu kənd sakini 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Ağayevi yaşadığı evin həyətində elektrik cərəyanı vurub.

Belə ki, 55 yaşlı kişi həyətdəki artezian quyusundan su götürmək istəyərkən su nasosuna qoşulmuş və gərginlik altında olan elektrik naqilinin izolyasiyasız hissəsinə toxunub. Nəticədə o, cərəyan vurmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.