“geceler.az” xəbər verir ki, bu fikirləri Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev Real TV-yə ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşün nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu görüş indiyə qədərki görüşlərin ən mühümlərdəndir: “İndiyə kimi Prezident İlham Əliyevin beynəlxalq səviyyədə gördüyü işlər, apardığı danışıqlar bu gün nəticə etibarilə onu göstərir ki, biz yenidən doğru yoldayıq. Məhz bu ikili görüşün Əbu-Dabidə keçirilməsi çox vacib məqamdır. Növbəti siyasi qələbəmizdir. Cənab Prezidentin dediyi və həyata keçirdiyi siyasi qələbələrdən biri kimi qiymətləndirmək olar”.
Daha ətraflı videomaterialda: