Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Real” onunla bağlı razılığa gəldi
 
						“Real” onunla bağlı razılığa gəldi
Əlavə olunub: 07.11.2025 | 06:40 | Baxılıb: 1760
“Real Madrid” müdafiəçi Alvaro Karrerasın transferi ilə bağlı “Benfika” ilə şifahi razılığa gəlib.

“geceler.az” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, 22 yaşlı ispaniyalı Madrid təmsilçisinə 50 milyon avroya keçəcək.

Bundan əvvəl də “kral klubu"in müdafiəçisi ilə şəxsi müqaviləsinin şərtləri ilə bağlı tam razılığa gəldiyi bildirilirdi. 

Qeyd edək ki, ötən mövsüm Karreras bütün turnirlərdə 52 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. 

“Transfermarkt” portalına görə futbolçunun transfer dəyəri 35 milyon avrodur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.