Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Rusiya BƏƏ-də aparılan danışıqları alqışlayır”
 
						“Rusiya BƏƏ-də aparılan danışıqları alqışlayır”
Əlavə olunub: 07.10.2025 | 14:07 | Baxılıb: 1568
“Rusiya Ermənistan və Azərbaycan arasında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) aparılan danışıqları alqışlayır”.

“geceler.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Qafqaza sabitlik gətirəcək.

“Biz, şübhəsiz ki, belə birbaşa dialoq faktını alqışlayırıq və müxtəlif səviyyələrdə dəfələrlə demişik ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını alqışlayacağıq”, - deyə, Kreml sözçüsü əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.