Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.18.2025 | 09:33 | Baxılıb: 4834
Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə növbəti dəfə pilotsuz uçuş aparatları ilə hücum edib.

“geceler.az” Ukraynanın “Unian” portalına istinadən xəbər verir ki, hücum zamanı Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə zərbə endirilib.

Məntəqə “Shahed” tipli PUA ilə vurulub. 

Hadisə ilə bağlı detallar açıqlanmayıb. 

Xatırladaq ki, rusiyalı hərbçilər avqustun 7-dən 8-nə keçən gecə SOCAR şirkətinin Odessa vilayətində yerləşən neft bazasına hücum etmişdilər. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə edilən hücum zamanı yanğın baş verib və dizel boru kəmərinə zərər vurulub. Nəticədə şirkətin 4 əməkdaşı ağır yaralanıb. Bundan əvvəl isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilmişdi.

***

Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiper teleqram kanalında vilayətin yanacaq-energetika infrastrukturu obyektində yanğın baş verdiyini açıqlayıb.

Onun sözlərinə görə, xilasedicilər güclü yanğının qarşısını alıb. 


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.