Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabah 39° isti olacaq
 
						Sabah 39° isti olacaq
Əlavə olunub: 07.11.2025 | 12:30 | Baxılıb: 1187
İyulun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “geceler.az”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu proqnozlaşdırılır. Nisbi rütubət gecə 60-70%, gündüz 35-40% təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.