Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi - Foto
 
						Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi 
							 - Foto
Əlavə olunub: 08.22.2025 | 10:19 | Baxılıb: 984
Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan “geceler.az”ya bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü  Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.