“geceler.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Yazıcı müalicə aldığı xəstəxanada həkimlərin məsuliyyətsizliyinə görə 74 faiz əlil qaldığını iddia edib.
“Çox qəzəbliyəm... Diplomunuza, nüfuzunuza, həkimlərinizə lənət olsun! Deyirlər günah bizdə deyil. Onlar damarıma stent taxarkən “bilmədən oldu, böyrək tıxandı” dedilər. Bundan sonra etdikləri səhvi düzəltmək üçün 7 saatlıq bir əməliyyata girdim. Bu zaman isə orqanlarım parçalandı, 74 faiz əngəlli olduğuma dair rəsmi xəstəxana sənədi var. Adını hələ ki çəkməyəcəyim bu xəstəxananı məhkəməyə verəcəyəm. Mən bu xəstəxanaya girəndə sağlam idim. Mənim nə xolesterol, nə şəkər, nə də başqa bir xəstəliyim var idi. Hazırda qan problemi ilə mübarizə aparıram. İçimdə hələ də bir yer qanayır... Bir az toparlanıb özümü xəstəxananın qapısına bağlayacağam, əlimdə də pankart... Bu sözlər yazılacaq: “Böyrəyimi geri verin!”
Qeyd edək ki, 2024-cü ilin sentyabrında Reanimasiyaya yerləşdirilən aparıcıya aorta diseksiyası, xroniki obstruktiv ağciyər xəstəliyi, böyrək itkisi və stentlə bağlı ağır fəsadlar diaqnozu qoyulub.