Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.16.2025 | 11:15 | Baxılıb: 3254
Şamaxı rayonunun Muğanlı kəndində 2010-cu il təvəllüdlü yeniyetmə qıza nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.

“geceler.az” xəbər verir ki, polis tərəfindən mərasimin qarşısı alınıb və hər iki tərəfin valideynləri ərazi üzrə polis orqanına dəvət olunub.

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib. Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci (on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.