Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.03.2025 | 08:46 | Baxılıb: 10089
Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Aybüke Pusat boykot çağırışları ilə bağlı paylaşımına görə TRT-də yayımlanan “Teşkilat” serialının heyətindən çıxarılıb.

“geceler.az"in məlumatına görə, aktyor Furkan Andıç sosial şəbəkə hesabında sevgilisi Aybükeyə dəstək olub.

Andıç birgə fotolarını paylaşaraq “Yanındayam, gülüm” sözlərini yazıb.

Furkan da sevgilisinə dəstək olduğu üçün “TRT Tabii” üçün çəkilən “Muhabir” serialından kənarlaşdırılıb.

Xatırladaq ki, illərdir münasibətlərini gizli saxlayan məşhur aktyor cütlük Furkan Andıç və Aybüke Pusat birlikdə olduqlarını ilk dəfə  “14 Fevral - Sevgililər Günü”ndə açıqlayıblar. Onlar “Her yerde sen” serialında da baş rolları bölüşüblər.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.