Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü - Foto
 
						Tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü 
							 - Foto
Əlavə olunub: 07.08.2025 | 10:21 | Baxılıb: 14817
Tanınmış iş adamı, “Ultra Company” şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib.

“geceler.az” xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, iş adamının oğlu 2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.

Qeyd edək ki, Məhəmməd Zülfüqarlı həm də informasiya texnologiyaları üzrə tanınmış mütəxəssis və təlimçidir.

Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Aslan Vəliyev


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.