Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tehran aeroportundakı bu sərgi müzakirələrə səbəb oldu - Video
 
						Tehran aeroportundakı bu sərgi müzakirələrə səbəb oldu 
							 - Video
Əlavə olunub: 08.25.2025 | 15:14 | Baxılıb: 2718
İranın paytaxtı Tehranın hava limanında iyunda İsraillə son silahlı münaqişə zamanı ölən generalların maketlərindən ibarət sərgi açıldığı deyilir. 

“geceler.az” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Sərgidə həmin generallarla yanaşı, ölkənin helikopter qəzasında ölən keçmiş prezidenti İbrahim Rəisi, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) PUA hücumu nəticəsində öldürülən generalı Qasım Süleymaninin də maketlərinin yer aldığı bildirilir. 

Sözügedən görüntülər birmənalı qarşılanmayıb. Bəzi istifadəçiləri maketlərin quruluşunu uyğunsuz hesab edib.  

Bununla yanaşı, həmin kadrları İsrail Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində fars dilində fəaliyyət göstərən hesabı da paylaşıb. 

Xatırladaq ki, iyunun 13-də İsrail və İran arasında başlayan hərbi münaqişə iyunun 24-də qarşılıqlı atəşkəslə başa çatıb. Münaqişə ərzində İsrailin zərbələri zamanı bir sıra iranlı yüksəkvəzifəli hərbçilər və nüvə alimləri öldürülüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.