Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Telefonum “Barselona” azarkeşlərinin mesajları ilə doludur” - Enrike
 
						“Telefonum “Barselona” azarkeşlərinin mesajları ilə doludur” 
							 - Enrike
Əlavə olunub: 07.10.2025 | 12:33 | Baxılıb: 1718
PSJ baş məşqçisi Luis Enrike Klublararası Dünya Çempionatında “Real Madrid” üzərində qazandıqları 4:0 hesablı qələbədən sonra maraqlı açıqlamalar verib.

“geceler.az” xəbər verir ki, ispaniyalı məşqçi matçdan sonra keçirdiyi mətbuat konfransında “Barselona” azarkeşlərinin onu mesajlarla təbrik etdiyini deyib:

“Telefonum “Barselona” azarkeşlərinin mesajları ilə doludur. “Real Madrid” böyük klubdur, belə də qalacaq. Biz klub üçün hər şeyimizi veririk. Bəzi oyunçulara istirahət lazım idi. Əsas məqsəd final üçün hazır olmaqdır. Yüksək səviyyəli futbolda dayanmaq yoxdur.”

“PSJ” bu nəticə ilə finala yüksəlib və bazar günü “Çelsi” ilə qarşılaşacaq. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.