Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.25.2025 | 10:04 | Baxılıb: 1065
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 29-u Türkiyəyə rəsmi səfər edəcək.

“geceler.az” xəbər verir ki, bununla bağlı “Sputnik Qazaxıstan” məlumat yayıb.

Bildirilib ki, Tokayev Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Qeyd olunub ki, səfər zamanı dövlət başçıları arasında Qazaxıstan-Türkiyə strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə yönəlmiş danışıqlar aparılacaq, həmçinin iki ölkə arasında yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.