Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Tramp DÇ-nin qrup mərhələsinin püşkatma tarixini açıqladı
 
						Tramp DÇ-nin qrup mərhələsinin püşkatma tarixini açıqladı
Əlavə olunub: 08.23.2025 | 05:16 | Baxılıb: 1839
ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasiminin dekabrın 5-də Vaşinqtondakı Con Kennedi adına İfaçılıq Sənəti Mərkəzində keçiriləcəyini açıqlayıb.

“geceler.az” xəbər verir ki, o bu barədə FİFA prezidenti Canni İnfantino ilə görüşü zamanı bildirib.

“Bu il dekabrın 5-də 2026-cı il dünya çempionatının püşkatma mərasimi məhz burada, Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək”, - Tramp qeyd edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.