“geceler.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qərb bölgəsi təmsilçisi ilə 29 yaşlı hücumçu arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, “Turan Tovuz” Orxan Əliyevi bu ilin yanvar ayında “Kəpəz”dən transfer etmişdi.
Bizdə olan məlumata görə, futbolçu karyerasını Qırğızıstanda davam etdirəcək.