Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyə 47 ildir bu anı gözləyirdi - Video - Fotolar - Yenilənib
 
						Türkiyə 47 ildir bu anı gözləyirdi 
							 - Video - Fotolar - Yenilənib
Əlavə olunub: 07.11.2025 | 13:02 | Baxılıb: 8966
Xəbər verdiyimiz kimi, “Terrorsuz Türkiyə” siyasi prosesinin gedişində PKK terror təşkilatı 47 ildən sonra bu gün silahı təhvil verir.

“geceler.az"in “CNN Türk”ə istinadən məlumatına görə, birinci mərhələdə İraqın Süleymaniyyə şəhərində bir qrup terrorçu tərəfindən təhvil verilən silahlar qeydiyyata alınaraq məhv edilir.

***

Bildirilir ki, Kandil dağlarının Cesena bölgəsində 30 PKK üzvünün silahı təhvil verməsi prosesi başa çatıb.

Silahlar simvolik olaraq böyük metal qazanda yandırılıb.

Məlumata görə, Türkiyə tərəfdən 150 nəfərlik nümayəndə heyəti prosesi izləyib.

Qeyd olunur ki, PKK-nın silahı təhvil verməsi prosesi sentyabr ayının sonlarına qədər tamamilə yekunlaşacaq.

***

PKK-çıların tərksilah olmasının ilk görüntüləri yayımlanıb.

***

Məlumata görə, 15 qadın və 15 kişi PKK-çı silahları yandırıblar.

Təhvil verilən silahlar arasında “Kalaşnikov” avtomatı, digər avtomat silahlar, raketatan və snayper silahları olub.

Xatırladaq ki, bu günə qədər onminlərlə insanın ölümünə səbəb olan PKK terror təşkilatı 27 noyabr 1978-ci ildə Diyarbəkirin Lice rayonunun Fis kəndində qurulub. Təşkilatın ilk hücumu 1984-cü il avqustun 15-i axşam saatlarında Siirtin Eruh və Hakkarinin Şəmdinli rayonlarında həyata keçirilmiş, nəticədə 1 əsgər şəhid olmuş, 9 əsgər və 3 mülki şəxs yaralanmışdı.













Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.