Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədə tarixi gün! - Fotolar
 
						Türkiyədə tarixi gün! 
							 - Fotolar
Əlavə olunub: 07.11.2025 | 10:51 | Baxılıb: 7524
“Terrorsuz Türkiyə” siyasi prosesinin gedişində bu gün PKK terror təşkilatının silahı təhvil verməyə başlaması nəzərdə tutulur.

“geceler.az” “CNN Türk”ə istinadən xəbər verir ki, səhər saatlarından xeyli jurnalist İraqın şimalında terrorçuların cəmləşdiyi əraziyə yollanıb. Onlar Kürdüstan Muxtar Vilayətinin paytaxtı olan Ərbil şəhəri ilə Süleymaniyə şəhərinin arasındakı yolda gözləyirlər və silahların təhvil veriləcəyi yerə xüsusi avtobusla aparılacaqlar.

Bildirilib ki, ilk gün 30 PKK üzvünün silahını təhvil verməsi gözlənilir. Bu silahlar simvolik olaraq böyük metal qazanda yandırılacaq.

Artıq Türkiyə və İraqın bir sıra vəzifəli şəxsləri həmin yerə yollanıblar. Ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirilib.

Qeyd edək ki, bu gün PKK (Kürdüstan İşçi Partiyası) terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın terrorçuların və onlara dəstək verən şəxslərin silahlarını təhvil verməsinə dair yeni müraciətinin yayılması planlaşdırılır.

Xatırladaq ki, bu ilin fevralın sonlarında A. Öcalan tərəfdarlarına silahı buraxmaqla bağlı çağırış edib. PKK/PYD terror təşkilatının lideri Salih Müslim isə “Əgər bizə siyasi qrup kimi fəaliyyət göstərməyə icazə verilsə, bu şərtlə silahlarımızı yerə qoyacağıq”, - deyə bildirib.

Mart ayında isə PKK terror təşkilatı atəşkəs elan etdiyini, həmçinin Öcalanın çağırışına əməl olunacağını açıqlayıb.

PKK may ayında özünü ləğv etdiyini açıqlayaraq Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.