Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Ukrayna ərazi güzəştinə məcbur edilməməlidir” - Kallas
 
						“Ukrayna ərazi güzəştinə məcbur edilməməlidir” 
							 - Kallas
Əlavə olunub: 08.23.2025 | 00:35 | Baxılıb: 1040
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynanın sülh sazişinin bir hissəsi olaraq Rusiyaya ərazi güzəştinə getməməli olduğunu bəyan edib. 

“geceler.az” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ nümayəndəsi bunu Rusiya Prezidenti Vladimir Putinin “tələsi” adlandırıb. 

O, həmçinin vurğulayıb ki, Rusiya Ukraynada müharibəyə başlasa da, hələlik heç bir güzəştə getməyib. 

“Rusiyanın bizdən istədiyi tələ də məhz budur. Bütün müzakirələr Ukraynanın nədən imtina etməli olduğu və Ukraynanın hansı güzəştlərə getməyə hazır olduğu üzərində dayansa da, Putin sadəcə gülür, ölümləri dayandırmır, əksinə, artırır”,- deyə, Kallas söyləyib.

Kallas həmçinin ABŞ Prezidenti Donald Trampın Putinlə avqustun 15-də Alyaskada keçirdiyi görüşə də münasibət bildirib.

Deyib ki, Putin istədiyi hər şeyi əldə edib. Bu da onun sülh sazişi üzrə danışıqlarda marağına təsir edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.