Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü - Yenilənib
 
						Usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü 
							 - Yenilənib
Əlavə olunub: 07.08.2025 | 15:50 | Baxılıb: 6161
Mingəçevirdə 34 yaşlı usta hündürlükdən yıxılaraq ölüb. 

“geceler.az” xəbər verir ki, Mingəçevir Rayon İcra Hakimiyyətinin binasının damında təmir işləri aparan 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə o, hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

***

Mingəçevir Rayon İcra Hakimiyyətindən də hadisə ilə bağlı məlumatı təsdiqləyiblər. Bildirilib ki, gənc oğlanın dostları da yanında olub: “Binanın damından ehtiyatsızlıqdan yıxılaraq vəfat edib. Çox təəssüf edirik ki, belə bir hadisə baş verib”.  

***

Mərhumla eyni ərazidə çalışan Əlvan Mehdiyev adlı fəhlə Teleqraf-a bildirib ki, Emil Şükürov çardaqda kəndiri bağlamaq üçün dəliyi axtararkən səhvən ayağını üstü görünməz olan dəliyin üzərinə basıb və elə oradan da yerə çırpılıb.

Mərhumun bacısı oğlu Əli Məmmədzadənin sözlərinə görə, dayısı bir qardaşını da vaxtsız itirib. Ailəsindən tək qalan mərhumun bir bacısı var, o da evlidir. Emilin özü ailəsindən boşanıbmış. Həmin evlilikdən iki uşağı - oğul və qız övladları var. Onlar hazırda Qazaxıstanda yaşayılar.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.