Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xarici şirkətin Azərbaycandakı filial direktoru həbs edilib
 
						Xarici şirkətin Azərbaycandakı filial direktoru həbs edilib
Əlavə olunub: 05.05.2025 | 16:57 | Baxılıb: 7002
“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs edilib.

“geceler.az"in əldə etdiyi məlumata görə, o, özünə müraciət edən iki nəfərin etibarından sui-istifadə etməklə 570 min manat ələ keçirib.

Mansurov zərərçəkmişlərdən birini məhkəmənin əleyhinə qəbul etdiyi qətnaməni ləğv etdirəcəyinə inandırıb. Bunun üçün səlahiyyətli şəxslərə bahalı hədiyyələr alacağı adı ilə ondan 170 min manat pul alıb.

Bundan başqa, eyni zərərçəkmişi və tanışını Sumqayıt şəhərində çoxmərtəbəli bina tikintisinin inşasına icazə alacağına inandırıb. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikintiyə icazə almaq adı ilə zərərçəkmiş şəxsdən 400 min manat pul alıb.

Təqsirləndirilən şəxs istintaq dövründə zərərçəkmişlərin pulunu qaytarıb. Məhkəmədə ifadə verməkdən isə imtina edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mansurov 5 il azadlıqdan məhrum edilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.