Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.18.2025 | 11:49 | Baxılıb: 3638
Rusiya ordusu Ukraynanın Xarkov şəhərini ballistik raket və pilotsuz uçuş aparatları ilə atəşə tutub.

“geceler.az” Ukrayna mediasına istinadən xəbər verir ki, hücum zamanı yaşayış binasına zərbə endirilib.

Nəticədə 5 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.

Yaralılardan altısı uşaqdır. Hazırda axtarış-xilasetmə işləri, eləcə də binada qeydə alınan yanğınla mübarizə davam etdirilir.

Şəhərin meri İqor Terexov hadisə ilə bağlı avqustun 18-də şəhərdə matəm elan edildiyini açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.