Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“X”in baş direktoru istefa verdi
 
						“X”in baş direktoru istefa verdi
Əlavə olunub: 07.09.2025 | 21:30 | Baxılıb: 1725
“X” sosial şəbəkəsinin baş direktoru Linda Yakkarino vəzifəsindən getdiyini açıqlayıb.

“geceler.az” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb:

“İki inanılmaz ildən sonra mən “X” şirkətinin baş direktoru vəzifəsindən getməyə qərar verdim”.

Yakkarino həmçinin sosial şəbəkənin sahibi İlon Maska “söz azadlığını qorumaq, şirkəti dəyişdirmək və “X”i hər şey üçün tətbiq etmək məsuliyyətini ona etibar etdiyinə görə” minnətdarlığını bildirib.

Qeyd edək ki, o, istefasının səbəblərini açıqlamayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.