“geceler.az” Baş DYP İdarəsinə istinadən xəbər verir ki, “Renault” markalı 99-SM-787 dövlət nömrə nişanlı avtomobil qadağan edilmiş yerdən yolu keçən piyadanı vurub.
Nəticədə 1947-ci il təvəllüdlü Məhəmməd Məmmədxan oğlu Süleymanov xəsarətlər alıb. O, xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalar aparılır.