“geceler.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.
“Hörmətli cənab Prezident, Ukrayna və Azərbaycan həmişə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Dost Azərbaycanın göstərdiyi humanitar və digər yardımlara görə biz çox minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Ukrayna lideri paylaşımında qeyd edib.