Geceler.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zelenski onu ABŞ-yə səfir göndərir
 
						Zelenski onu ABŞ-yə səfir göndərir
Əlavə olunub: 07.11.2025 | 02:30 | Baxılıb: 1476
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hazırki müdafiə naziri Rüstem Umerovun Ukraynanın ABŞ-dəki yeni səfiri olacağını açıqlayıb.

“geceler.az” “Ukrainska pravda”ya istinadən xəbər verir ki, o bu barədə Romada mətbuat konfransında deyib.

“Birləşmiş Ştatlarda səfir dəyişəcək və bu yaxın gələcəkdə baş verəcək. Bizim səfirimiz müdafiə naziri Rüstəm Umerov olacaq. Bu, şübhəsiz ki, Ukrayna hökumətində ciddi dəyişikliklərə təsir edəcək”, - o bildirib.

Zelenski sözlərinə görə, ABŞ-də ölkəsinin səfiri vəzifəsində çalışan Oksana Markarovanın geri çağırılması barədə özünə məlumat verib.

Xatırladaq ki, Ukrayna 20 ölkədə, o cümlədən ABŞ-da səfirini dəyişməyə qərar verib.

Onu da əlavə edək ki, Zelenski ordunun baş komandanı Valeri Zalujnını da Britaniyaya səfir göndərmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.