“geceler.az” xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
Bildirilib ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.
Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.
Qeyd edək ki, Rövlan Muradov cari mövsümün əvvəlində “Sumqayıt”dan “Zirə”yə keçib.